Rusiya mütəmadi olaraq Ukraynaya qarşı istifadə etdiyi zərbə dronlarının sayını artırmaq niyyətindən əl çəkmir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Romada keçirdiyi mətbuat konfransında bildirib.
Dövlət başçısının sözlərinə görə, Rusiya hər gün minədək pilotsuz uçuş aparatı buraxmağı planlaşdırır. “Rusiya cəmiyyətimizi qorxutmaq istəyir”, – deyə Zelenski vurğulayıb.
O, əlavə edib ki, rusların gecə saatlarında həyata keçirdiyi hava hücumları zamanı həyəcan siqnalı bəzən 7-10 saat çəkir, bu isə vətəndaşların normal istirahətinə imkan vermir. “Ukraynalılar yatmasalar da, sığınacaqlara gedirlər”, – prezident bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın bu hücumlara qarşı artıq effektiv cavab vasitəsi var – dron-perekhvatçılar (dron tutucular).