27 C
Bakı
11 İyul 2025 23:40
DünyaSiyasət

Fransa: Rusiya bizim üçün əsas və yaxın təhlükəyə çevrilib

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkar Rusiyanın Fransa üçün daimi, yaxın və ən mühüm təhlükə olduğunu bəyan edib. Bu barədə o, 11 iyulda keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Moskva Fransanı açıq şəkildə Avropada əsas rəqib adlandırıb və bu qarşıdurmanın əlamətləri artıq bir çox sahələrdə hiss olunur:

“Ağıllı davranmalıyıq. Biz, yəqin ki, birbaşa və kütləvi hücuma məruz qalan ölkə deyilik. Lakin başqa formalar mümkündür – xüsusilə də hibrid müharibə şəklində. Bu isə o deməkdir ki, biz faktiki olaraq bütün sahələrdə – kosmosda, kiberməkanda və okean dərinliklərində qarşıdurma ilə üz-üzəyik“, – deyə general bildirib.

Burkar həmçinin vurğulayıb ki, bu təhlükə hərbi toqquşmadan daha çox çoxşaxəli və çoxmərhələli müharibə formasında özünü göstərir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın yeni Müdafiə naziri KİMDİR? – DOSYE

admin

Süni intellektdən növbəti YENİLİK: “Google”da canlı tərcümələr edəcək

redaktor

Priqojinin özəl təyyarəsi Minskdəki hərbi aerodroma endi…

admin