24 C
Bakı
11 İyul 2025 02:41
DünyaMuharibəSiyasət

Zelenski ABŞ-dan növbəti dəfə silah və hava hücumundan müdafiə sistemləri istəyib

Romada ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündə Ukrayna prezidenti Volodimir Zelenski bir daha Kiyevə Amerika silahları və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını istəyib.

Tacxeber.com xəbər verir ki, bu barədə Zelenski öz telegram kanalında yazıb.

Rəsmi bildirib ki, onun Kelloq ilə görüş zamanı silah tədarükü və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə olunub. O, həmçinin qeyd edib ki, onlar Amerika silahlarının alınması, birgə müdafiə istehsalı və onların Ukrayna ərazisində lokallaşdırılmasını müzakirə ediblər.

Qeyd edək ki, iyulun 10-da ABŞ-ın Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa etdiyi bildirilib. ABŞ prezidenti Donald Tramp Zelenskiyə Patriot hava hücumundan müdafiə sistemi üçün 10 raketin təcili təhvil veriləcəyini vəd edib. Tramp həmçinin əlavə tədarük kanallarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Blinken və Ostin Ukraynanı dəstəklədiklərini bəyan edib” – “The New York Times”

redaktor

Ukrayna Rusiyanın 2-si 16 milyon dollar qiyməti olmaqla 4 helikopteri məhv etdi.

admin

Kılıçdaroğlunu 110 il həbs cəzası gözləyə bilər

redaktor