10 C
Bakı
23 Mart 2026 09:57
DünyaMuharibəSiyasət

Zelenski ABŞ-dan növbəti dəfə silah və hava hücumundan müdafiə sistemləri istəyib

Romada ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündə Ukrayna prezidenti Volodimir Zelenski bir daha Kiyevə Amerika silahları və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını istəyib.

Tacxeber.com xəbər verir ki, bu barədə Zelenski öz telegram kanalında yazıb.

Rəsmi bildirib ki, onun Kelloq ilə görüş zamanı silah tədarükü və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə olunub. O, həmçinin qeyd edib ki, onlar Amerika silahlarının alınması, birgə müdafiə istehsalı və onların Ukrayna ərazisində lokallaşdırılmasını müzakirə ediblər.

Qeyd edək ki, iyulun 10-da ABŞ-ın Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa etdiyi bildirilib. ABŞ prezidenti Donald Tramp Zelenskiyə Patriot hava hücumundan müdafiə sistemi üçün 10 raketin təcili təhvil veriləcəyini vəd edib. Tramp həmçinin əlavə tədarük kanallarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu: “İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm”

admin

Yüksək gəlir iqtisadiyyatı.

admin

Zəifləmiş Rusiya, abxazlar və başqa Qafqaz xalqları üçün artıq əvvəlki qorxunc monstr deyil.

admin