Türkiyədə müxalifət mitinqlər keçirir, çıxışlar edir, xalqın sosial və iqtisadi narazılığını dilə gətirir. Lakin diqqətçəkən bir məqam var: bütün bu etirazlar rejimin əsas simvolu olan Beştepe Prezident Sarayından uzaq tutulur.
Beştepe sadəcə bir idarəetmə binası deyil. O, Prezident Ərdoğanın qurduğu avtoritar sistemin simvoluna çevrilib. Bu səbəbdən ora doğru yönələn hər hansı bir etiraz artıq təkcə siyasi mövqe deyil, rejimin özünə birbaşa meydan oxuma kimi qəbul olunur.
Məhz bu səbəbdən müxalifət, xüsusilə Cümhuriyyət Xalq Partiyası (CHP), bu “qırmızı xətt”i keçməyə cəsarət etmir. Etirazlar, mitinqlər, yürüşlər təşkil olunur, lakin heç biri Beştepe Sarayına qədər getmir. Bu isə cəmiyyətdə haqlı suallar doğurur: Müxalifət nədən qorxur? Nədən çəkinir? Dəyişiklik iddiası varsa, onun mərkəzinə niyə yönəlmir?
Getdikcə daha çox insan düşünür ki, müxalifət, istər bilərəkdən, istərsə də bilmədən, xalqın enerjisini yönəldir, amma onu nəticəyə aparmır. Beştepeyə gedilmədikcə, xalqın səsi rejimin qapısında deyil, yalnız meydanlarda əks-səda verir.
Əsl siyasi dəyişiklik isə qorxunun divarlarını aşmaqdan başlayır.