19 C
Bakı
07 Noyabr 2025 16:59
DünyaHadisə

Kiyevin Qoloseyevo rayonunda atışma: SBU əməkdaşı öldürülüb

Ukraynanın paytaxtı Kiyevin Qoloseyevo rayonunda baş verən atışma nəticəsində bir nəfər həyatını itirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah yarası almış kişinin meyitini aşkar ediblər.

Polisin Telegram kanalında yayılan məlumata görə, öldürülən şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşı olduğu ehtimal olunur.

“Hazırda hadisə yerində rayon və şəhər polis idarələrinin istintaq-əməliyyat qrupları, kriminalistlər, kinoloqlar və digər xidmət əməkdaşları işləyir”, – deyə rəsmi açıqlamada bildirilir.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda avtobus sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açdı: İzləyicilər etiraz etdilər – VİDEO

redaktor

Pişik, sahibinin həyatını xilas etdi: 167 saat sonra xilas olan şəxs təəccübləndirdi / VİDEO

redaktor

Rusiya miqrantları Ukrayna ilə döyüşə göndərir.

admin