24 C
Bakı
10 İyul 2025 11:33
DünyaGündəmHadisəSiyasət

“Gürcüstanda dğvləti bir qrup ələ keçirilib”

Avropa Parlamenti iyulun 9-da Gürcüstanda “demokratik tənəzzülü və repressiyaları” qınayan qətnamə qəbul edib.

Qətnamədə Gürcüstan dövlətinin “bir qrup tərəfindən ələ keçirilməsinin qurbanı” olduğu bildirilir və ölkədə yeni parlament seçkilərinin keçirilməsinə çağırış edilir.

“Belə bir seçki təşkil olunana qədər, Avropa Parlamenti Gürcüstanın hazırkı birpartiyalı parlamentini və prezidentini tanımamaqda davam edəcək və Avropa İttifaqını (Aİ) və üzv dövlətləri “Gürcü Arzusu” partiyasının əsas nümayəndələrinə və ölkədə demokratik geriləməyə görə məsul olan şəxslərə qarşı ikitərəfli və koordinasiyalı şəxsi sanksiyalar tətbiq etməyə çağıracaq. Avropa Parlamentinin üzvləri həmçinin Aİ-nin Gürcüstana qarşı siyasətinin dərhal audit olunmasını və Avropa Komissiyasının Aİ–Gürcüstan Assosiasiya Sazişinin icrasını yenidən nəzərdən keçirməsini tələb edirlər”, – Avropa Parlamentinin saytında dərc olunan xülasədə qeyd olunur.

Aİ Gürcüstana 2023-cü ilin dekabrında üzvlüyə namizəd statusu verib. Lakin qurum Rusiyadan təsirlənən və avtoritar olaraq gördüyü “xarici agent” qanununu qəbul etdikdən sonra Gürcüstanın üzvlük prosesini faktiki olaraq qeyri-müəyyən müddətə dondurub və maliyyə dəstəyini kəsib.

Gürcüstanda 2024-cü ilin payızından bəri, parlament seçkiləri zamanı pozuntular və ölkə hakimiyyətinin Aİ-yə yaxınlaşma siyasətini dayandırdığını açıqlaması səbəbindən siyasi böhran davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Oğuzda da meşə yanır

redaktor

Ərdoğan nəvəsinə bu adı qoydu

redaktor

İsa Məsihin heykəlinin üstündə UNO peyda oldu – VİDEO

redaktor