24 C
Bakı
10 İyul 2025 10:06
CəmiyyətDünyaHadisə

Dağıstanda 270-dən çox adam sudan zəhərlənib

Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda 270-dən çox insan bağırsaq infeksiyası simptomları ilə həkimə müraciət edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Dağıstanın səhiyyə naziri Yaroslav Qlazov məlumat yayıb.

Onun sözlərinə görə, son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır.

Bildirilir ki, Dağıstanda rayon sakinlərinin sudan kütləvi zəhərlənməsindən sonra Məhərrəmkənd rayonunun bələdiyyə müəssisəsinin direktoru istehlakçıların təhlükəsizliyinin tələblərinə cavab verməyən xidmət göstərməkdə şübhəli bilinərək saxlanılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Sürücü və katibə də başqa vətəndaş kimi ev alıb” – Anar

admin

Balasanyanın Əsgəranda tikdirdiyi villanın görüntüləri – VİDEO

redaktor

Dünyanın ən güclü pasportlarına sahib ölkələri – ADLAR

admin