Regionda baş verən son hadisələrlə bağlı Rusiya telegram kanallarında isterika başlayıb və bu istetika Kremldə olan əhval-ruhiyyənin göstəricisidir.
1 milyondan çox izləyicisi olan “Rıbar” telegram kanalının paylaşdığı statusu oxuyaq:
“Zəngəzur dəhlizi” uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zəngəzur dəhlizi”nin açılmasını “geostrateji inqilab” və “Orta Dəhliz”in əsas xətti adlandırıb.
Türkiyə prezidenti bildirib ki, Sünik vilayətindən keçməsi nəzərdə tutulan potensial dəhliz Türkiyəni (İğdır üzərindən), Azərbaycanı və Naxçıvanı birləşdirəcək, bu isə Türkiyə mallarının Mərkəzi Asiya və Çinə ixracını sürətləndirəcək. Çindən Avropaya gedən yüklər də Türkiyə üzərindən keçməyə başlayacaq.
Ərdoğan qeyd edib ki, əvvəlcə Ermənistanda “Zəngəzur dəhlizi”nə qarşı çıxırdılar, lakin indi İrəvan iqtisadi inteqrasiya məsələsinə “daha çevik yanaşma” sərgiləyir.
Bu, Rusiya üçün də təhlükəlidir: Türkiyə Zəngəzur vasitəsilə “Turan dəhlizi” ideyası ilə güc proyeksiyası həyata keçirir. Bu isə Ankaranın və potensial olaraq NATO-nun liderliyilə yeni geosiyasi blokun yaranmasına zəmin yaradır.
Cənubi Qafqazda regional kommunikasiyaların açılması və onların nəzarətindən Rusiyanın kənarda qalması Moskvanın bölgədəki təsir gücünü ciddi şəkildə zəiflədə, hətta sıfıra endirə bilər. 𝗕𝘂 𝗶𝘀ə 𝗽𝗼𝘀𝘁𝘀𝗼𝘃𝗲𝘁 𝗺ə𝗸𝗮𝗻ı𝗻𝗱𝗮 𝗥𝘂𝘀𝗶𝘆𝗮𝗻ı𝗻 ə𝗻 𝗯ö𝘆ü𝗸 𝘀𝘁𝗿𝗮𝘁𝗲𝗷𝗶 𝗺əğ𝗹𝘂𝗯𝗶𝘆𝘆ə𝘁𝗹ə𝗿𝗶𝗻𝗱ə𝗻 𝗯𝗶𝗿𝗶𝗻ə ç𝗲𝘃𝗿𝗶𝗹ə 𝗯𝗶𝗹ə𝗿.