DigərDünya

Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb.

“Report” bu barədə “Coinbase” platformasının məlumatlarına əsasən məlumat verir.

Bakı vaxtı ilə çərşənbə günü saat 23:55-ə olan məlumatlara əsasən, kriptovalyutanın qiyməti 112 055 dollar (+3,04%) təşkil edib.

“Binance” platformasında isə bitkoinin maksimum dəyəri 111 999,79 dollar olub. Saat 00:00-a (Bakı vaxtı ilə) olan vəziyyətə görə, kriptovalyutanın qiymətindəki artım zəifləyib (Coinbase) və 111,8 min dollar (+2,8%) səviyyəsində qərarlaşıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kurska dronların kütləvi hücumu: şəhər yanır

redaktor

Rusiyada “YouTube” işləmir

admin

Azərbaycan kritik anda bizə kömək etdi – Leyen

admin