31 C
Bakı
09 İyul 2025 21:09
DünyaSiyasət

Tramp İraq və daha beş ölkədən idxala 30 faizlik rüsum tətbiq edir

ABŞ prezidenti Donald Tramp 1 avqustdan etibarən İraq, Əlcəzair, Liviya, Filippin, Bruney və Moldovadan gətirilən bütün məhsullara 30 faizlik idxal rüsumu tətbiq olunacağını açıqlayıb. Bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, bu qərar ABŞ-da milli istehsalı qorumaq məqsədi daşıyır. O, əlavə edib ki, bu ölkələrdən olan şirkətlər ABŞ ərazisində istehsal müəssisələri açarlarsa, onlara tətbiq edilən rüsumlar ləğv oluna bilər.

Xatırladaq ki, Tramp bu qərardan əvvəl Yaponiya və Cənubi Koreyadan idxal olunan bütün məhsullara 25 faizlik rüsum tətbiq ediləcəyini bəyan etmişdi. ABŞ lideri bunu həmin ölkələrin yaratdığı tarif və qeyri-tarif maneələrə cavab olaraq izah etmişdi.

İqtisadçılar hesab edirlər ki, yeni tariflər ixraca əsaslanan və artıq iqtisadi yavaşlama yaşayan bu ölkələrin iqtisadiyyatına daha da zərər verə bilər. Xüsusilə, Yaponiyanı iki ardıcıl rüb texniki resessiya riski gözləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Deputat: İran bizimlə diktə dilində danışa bilməz

redaktor

Yeni büdcə sənədi Amerikanı borc köləliyinə sürükləyəcək – Mask sükutu pozdu

redaktor

Çempionlar Liqası matçları ilə əlaqədar qərar verildi

admin