DünyaHadisəSiyasət

Əliyevlə Paşinyan niyə məhz Ərəb Əmirliklərində görüşürlər?

Azərbaycan və Ermənistan liderləri niyə Birləmiş Ərəb Əmirliklərində görüşürlər?Ona görə ki, Birləşmiş Ərəb Əmirliklərinin hər iki ölkəyə yatırımları ildən ilə artır, söhbət milyardlarla dollardan gedir.

Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur.

Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur.

Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışıqları Omanda aparırdılar. Birləşmiş Ərəb Əmirlikləri isə özünü Cənubi Qafqazda sülh quruculuğunda sınamaq istəyir.

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Yolka” mahnısı belə yaradılıbmış… – VİDEO

redaktor

Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib

redaktor

Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? – Özü danışdı

redaktor