Deyir, bir xeyli adam e-ticarət platforması olan Temudan mal alır. Sonra “geri qaytarıram” adı ilə pulunu geri alır. Amma aldığı malın əvəzinə qutunun içinə zir-zibil doldurub, geri göndərir.
Həzərat, burada deyinməli, narazı qalmalı heç nə yoxdur. Gör-götür dünyasıdır. Adamın beşiyinin başında nəyi çalıbllarsa, onu da götürüb.
Nə çalıblar, ibarə ilə desək, beşiyinin başlnda? Adam görür ki, müəllim məktəbdə tumanın içində bülleten daşıyır, yəni saxtakarlıq edir. Adam görür ki, prokuror, hakim, polis günahsızı şərləyib basır dama, yəni saxtakarlıq esir. Adam görür ki, hökuməti, deputatı hamısı saxta yolla seçilir. Adam görür ki, bunlar hamısı cəmən ağ yalan danışır. Niyə edirlər bu saxtakarlıqları, niyə yalan danışırlar? Bəllidir ki, dolanmaq üçün.
Bəs bu camaat da Temuya qarşı onu edir də. Görür yolu budur, onu edir. Harda, kimdən düzgünlük görüb ki, beşiyinin başında düzgünlüyü kim çalıb ki, düzgün olsun? Bu, təxminən ona oxşayır ki, uşaq anadan olanda hamı evdə azərbaycanca danışır, amma dil açanda gözləyirsən ki, fransızca danışsın.
Baxın, bu hökümətin ən zəhləsi gedən şeylərdən biri odur ki, 1992-ci ildə qəbuldakı ifrat rüşvətxorluq sistemini dağıdıb, yerinə test imtahanı, yəni nisbi düzgünlük gətirdilər. Bu hökumət bu cur “xəyanət”-i heç cür bağışlaya bilmir. Səhərdən axşana kimi BDU-da testə qədərki ifrat qəbul rüşvətxorluğunun məsul katibi Misir Mərdanovu reklam edirlər.
Nə isə, dediyim odur ki, xəstəliyi müalicə etmək üçün diaqnozu düzgün qoymaq lazımdır. Səbəb başdadır, idarəçilikdir. Balıq başdan iylənir. Temudur-nədir, onda baş verənlər isə sadəcə müalicə edilməmiş, başlı-başına buraxılmış xəstəliyin tamamilə gözlənilən ağırlaşmasıdır.