29 C
Bakı
08 İyul 2025 18:39
CəmiyyətGündəmHadisəŞikayətSiyasət

Azərbaycan dünyada jurnalist həbsinə görə birinci beşliyə daxildir

Azərbaycan mətbuatının 150 illiyinə “ciddi” hazırlıq işləri davam edir. Bu gün deyəsən Heydər Əliyev Mərkəzində kiçik istisnalarla mətbata dəxli olmayan adamların iştirakı ilə 150 illiklə bağlı konfrans keçirilir.

Əgər dəxli olanlar varsa hazırda saxta ittihamla həbsdə olan 35-dən çox jurnalistin azadlığa buraxılması ilə bağlı çağırış edərlər. Amma edə bilməzlər. Çünki onların böyük əksəriyyətinin nə Həsən bəy Zərdabiyə, nə milli mətbuata, nə də o mübarək “Əkiçinin” 150-ci doğum gününə elə bir aidiyyəti yoxdur. Onların cümləsi mətbuat yox, ruzinamə təmsilçiləridir. Onlar yalnız “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”nu müzakirə edə bilərlər və edirlər də!?

Böyük təzaddır! Azərbaycan dünyada jurnalist həbsinə görə birinci beşliyə daxildir, amma milli mətbatın yaranmasının 150 illiyini “təntənəli” şəkildə qeyd etməyə hazırlaşır. Hazırda 35-dən çox jurnalist həbsdədir. Onların bir hissəsinə (Abzas Mediya təmsilçilərinə) saxta ittihamla 8-9 il iş verilib. Hazırda məhkəməsi davam edən Toplum tv., istintaqı gedən Meydan tv və Kanal 13 jurnalistlərini törətmədikləri əmələ görə aşağı-yuxarı eyni cəza gözləyir. Cəza var, amma cinayət yoxdur!

Yəqin ki, 150 illiyin banisi, mətbuatımızın əmiri-alişanı Həsən bəy Zərdabi də sağ olsaydı saxta ittihamla həbs olunan jurnalistlərin arasında olaradı. Çünki adam “Əkinçi”ni nəşr etmək üçün “qaçaqmalçılıq” yolu ilə İstanbuldan hürufat gətirmişdi.

İndi mətbuatın kütləvi təqib edildiyi hazırkı durumda 150 illiyin qeyd ediləcəyi ən uyğun yer Kürdəxanı təcridxanasıdır. Çünki peşəsinə, qələminə, sözünə hörmət qoyan Həsən bəy Zərdabinin doğma varisləri, milli mətbuatın gerçək təmsilçiləri hazırda Kürdəxanıdadırlar.

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Elita nə baş verdiyini yaxşı anlayır və çoxdan Putinə nifrət edir” – FSB POLKOVNİKİ

admin

Narkotikə qurşanan gömrük əməkdaşlarının SAYI – Siyahıda qadınlar da var

admin

Tahir Kərimli: “ABŞ Azərbaycanı Suriyaya çevirmək istəyirdi, amma istəyinə nail olmadı”

redaktor