CəmiyyətDünya

Rusiyalılara daha Qırğızıstan vətəndaşlığı verilməyəcək

“Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb”.

Tacxeber.comxəbər verir ki, bu barədə Qırğızıstan pasportu üzrə məsləhətçi Mixail Juxovitski öz “Telegram” kanalında bildirib.

O dəqiqləşdirib ki, yanvarın 24-dən sonra təqdim edilən ərizələr üzrə pasportlar alına bilməz.

“İndi Qırğızıstan vətəndaşlığını almaq mümkün deyil. Heç bir pulla almaq olmaz.. Və bunu bütün icraçılar, vasitəçilər, məmurlar bilirlər – onlar qəsdən dələduzluq üçün pul yığırlar”, – deyə o vurğulayıb.

Juxovitskinin sözlərinə görə, bu ilin yanvarından Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi bir nəfərin də ərizəsini təsdiq etməyiblər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan TikTok hesabı açdı

redaktor

Məhkəmə İlon Maskın 55 milyardlıq maaş müqaviləsini ləğv etdi

admin

Bu gün Azərbaycanda matəmdir

redaktor