26 C
Bakı
07 İyul 2025 11:16
DünyaSiyasət

ABŞ qırıcıları Trampın qolf klubu üzərində təcili havaya qaldırıldı

İyulun 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri prezident Donald Trampın getdiyi Nyu-Cersi ştatının Bedminster şəhəri üzərində havaya qaldırılıb.

Tacxeber.com xəbər verir ki, buna səbəb şəhərin hava məkanına qoyulan qadağaya rəğmən mülki təyyarənin səmada görünməsi olub.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının nümayəndələrinin verdiyi açıqlamaya görə, qırıcı təyyarələr “Bedminster üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarənin qarşısını alıblar”. Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib. Hərbçilər mülki təyyarənin “bölgədən təhlükəsiz şəkildə çıxarıldığını” açıqlayıblar.

Hadisədən əvvəl Tramp istirahət üçün Bedminster şəhərində özünə məxsus olan qolf meydançasına gəlib. Amerika lideri iyulun 5-də heç bir ictimai tədbirdə iştirak etməyəcək. ABŞ prezidenti həftə sonlarını tez-tez bu qolf klubunda keçirir. (Musavat.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan indi də Tiflisdə “danışıqlar” istəyir.

admin

Zelenski kişiləri Ukraynaya qayıtmağa çağırıb

redaktor

Rusiya üçün “çökdürücü” sanksiya gəlir – Rusiyadan neft, qaz, uran alan ölkələrin ABŞ-a ixracına 500 % rüsum.

admin