25 C
Bakı
30 Avqust 2026 23:43
CəmiyyətDünya

Türkiyədə 100-dən çox deputat xəstəxanaya yerləşdirildi – Nə baş verir?

Türkiyə Böyük Millət Məclisində (TBMM) son 2 gündə 100-dən çox millət vəkili və parlament əməkdaşı ishal, qusma və ağır halsızlıq şikayətləri ilə Parlament Xəstəxanasına müraciət edib.

Bu barədə Türkiyənin “Haberler.com” saytı məlumat dərc edib.

Bildirilir ki, parlament şəhərciyində çoxlu növbətçi personal və bəzi millət vəkilləri oxşar simptomlarla xəstəxanaya göndərilib.

Zəhərlənmədə şübhəli bilinənlər arasında Yeniyol Partiyası Dənizli Millət vəkili Səma İpək Ün də var. Deputat yerli KİV-ə açıqlamasında, “Səhərdən bəri aramsız qusuram. Çöldən heç nə yeməmişəm, TBMM bufetindən başqa yerdə yemək yeməmişəm” deyib.

TBMM Dəstək Xidmətləri Başçılığı səlahiyyətliləri mövzu ilə bağlı məlumat verərək, Məclis yeməkxanasından götürülən nümunələrin analiz edildiyini və zəhərlənmə əlamətinin aşkar edilmədiyini bildiriblər.

Fakt araşdırılır.

(Bakupost.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ kəşfiyyat rəhbəri Moskvaya niyə gəldi? Nə gətirdi, nə apardı?

redaktor

Zəfər bayramında böyük faciə: başınız sağ olsun, Türkiyə!

redaktor

Günəş Yer kürəsini udacaq

redaktor