24 C
Bakı
05 İyul 2025 13:29
DünyaSiyasət

Tramp: “İran uranı zənginləşdirməyə davam edir”

“İran beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişini əngəlləyir və beynəlxalq təzyiqlərə baxmayaraq uranı zənginləşdirməyə davam edir”.

Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Cersiyə gedərkən jurnalistlərin suallarını cavablandıranda deyib.

“Düşünürəm ki, onların nüvə proqramı ciddi zərər görüb, hətta geridönməz vəziyyətdədir. Amma onlar başqa məkanda yenidən nüvənin zənginləşdirilməsinə başlaya bilərlər. Biz bunu başa düşürük”, – deyə D.Tramp vurğulayıb.

Amerika liderinin sözlərinə görə, konkret razılaşmaların olmamasına baxmayaraq, ABŞ-nin sanksiyalar siyasəti Tehranın nüvə ambisiyalarını əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq, nəzərəçarpacaq nəticələr verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Emin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir

redaktor

Putin bizim zəifləyəcəyimizi gözləyir? Səhv edir!

redaktor

Timsahların bu hərəkəti hər kəsi ŞOKa saldı – İnsan tələsi…

redaktor