25 C
Bakı
05 İyul 2025 14:43
DünyaSiyasətTəhsil

“Putin bizə rus dilindən istifadə etdiyimiz üçün təşəkkürünü bildirdi”

“Rus dilinin bizə ehtiyacı yoxdur, bizim rus dilinə ehtiyacımız var”.

Bu sözlər mənə dindarların tez-tez istifadə etdikləri məşhur fikirləri xatırladır: “Allahın bizə ehtiyacı yoxdur, bizim Allaha ehtiyacımız var”.

Bəs rus dilini bu qədər fetişləşdirən kim olsa yaxşıdır? – Qırğızıstan Prezidenti Sadır Japarov.

Sadır Japarov “Kabar” agentliyinə verdiyi müsahibədə rus dilinin statusunu dəyişdirməyi təklif edən siyasətçilərin təşəbbüsünü “əsassız” adlandırıb.

Prezident xatırladıb ki, Qırğızıstan Konstitusiyasında rus dilinin statusu rəsmi dil səviyyəsindədir. Və o, rus ayısına bu “ayı xidməti”nin sayəsində Vladimir Putindən yekə bir “malades” aldığınını da gizlətməyib

“Vladimir Vladimiroviç (Putin) bizə rus dilindən istifadə etdiyimiz üçün təşəkkürünü bildirdi. Rus dilinin bizə ehtiyacı yoxdur, bizim rus dilinə ehtiyacımız var. Birincisi, rus dili dünyanın altı əsas dilindən biridir. İkincisi, rus dili olmadan Qırğızıstandan uzağa getmək çətindir. MDB ölkələrindən danışmıram, elə qonşu ölkələrə baxaq – Özbəkistan və ya Tacikistanda da rus dili olmadan ünsiyyət qurmaq olmur. Avropa ölkələrində, ABŞ-da, Çində belə rusdilli tərcüməçilərdən istifadə olunur,” – deyə o bildirib.

Sadır Japarov əlavə edib ki, ilk növbədə öz ana dilimizi inkişaf etdirməliyik, lakin eyni zamanda rus və ingilis dillərini də bilmək vacibdir:

“Dünyanın yarısı bu iki dildən istifadə edir. Bizim gənclər 3–4 dildə danışır. Çoxdilli olmaq böyük üstünlükdür – harada olursan ol, özünü rahat və sərbəst hiss edəcəksən,” – deyə o vurğulayıb.

Japarov deyəsən unudur ki, rus dilini bilmək və ya öyrənmək üçün o dilin rəsmi dil statusunda olmasına ehtiyac yoxdur. İstənilən yerdə insanlar müəyyən kurslara gedərək və ya təcrübələrlə istədikləri dili öyrənirlər. Rəsmi dil odur ki, vətəndaşı və ya rəhbəri olduğun ölkənin insanları bu dildə danışırlar və dövlət daxili yazışmalar milli dildə aparılmalıdır.

Prezidenti öz dilinə ikinci dərəcəli ünsiyyət vasitəsi kimi baxan dövlətin dili zamanla yaddaşlardan silinib yox olmağa məhkumdur. Nə yazıq ki, guya Turan dövləti qurmaq istəyən liderlər belə dilin dövlətləşmə prosesindəki rolunu anlaya bilmirlər. Biz də belə düşünən liderlərlə Türk birliyi qurmaq istəyirik. Halbuki, bu anlayışla yalnız rus imperiyası qurmaq mümkündür.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Dünyada ilk: Yeniyetmə beyin xərçəngindən tam sağaldı

admin

Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu – VİDEO

redaktor

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib

redaktor