DünyaİqtisadiyyatKriminalMaraqlı

Naməlum şəxs 14 ildir istifadə edilməyən 2 milyard dollarlıq “Bitcoin”i mənimsəyib

İyulun 4-də 14 ildən artıq istifadə olunmayan iki kriptovalyuta pul kisəsi ilə əməliyyatlar qeydə alınıb. Bu pul kisələrində 2011-ci ildən bəri 20 min “Bitcoin” saxlanılırdı. Həmin əməliyyatların kimin keçirdiyi məlum deyil.

Tacxeber.com xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

O dövrdə həmin “Bitcoin”lərin ümumi dəyəri təxminən 16 min dollar olub. Mövcud məzənnə ilə isə onların dəyəri 2 milyard dolları ötür. Belə pul kisələri “yatmış pul kisələri” adlanır, çünki sahibləri uzun illər onlarla heç bir şey etməyiblər.

Qeyd edək ki, 3 aprel 2011-ci ildə “Bitcoin”in məzənnəsi “CoinMarketCap”a görə təxminən 0.8 dollar idisə, bu gün o, 109 min ABŞ dolları civarında dəyişir. (Banker)

 

Tacxeber.com

Oxşar xəbərlər

HÜRJET və “Turan Hava Məkanı”

redaktor

Azərbaycanda rəsmi orta aylıq əmək haqqının 800 manatdan yüksək olduğu cəmi 6 rayon və şəhər var.

admin

“İslam İnqilabı İrana nə verdi?”

redaktor