25 C
Bakı
05 İyul 2025 15:59
CəmiyyətDigərSağlamlıq

Kişilərin saqqalı it tükündən də zərərlidir – Həkimdən XƏBƏRDARLIQ

Kişilərin saqqalı itlərin tüklərindən daha çox mikrob daşıya bilər.

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Mikrobioloqların araşdırmalarına görə, saqqalda istilik, rütubət yüksək olduğundan mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Hətta bəzi hallarda saqqaldakı bakteriyaların miqdarı hamam otağında müəyyən səthlərdən belə çox olur.

Həkim Abbas Bağırov deyir ki, tükün uzunluğu artdıqca, onun üzərində patoloji amillərin yığılma səthi də genişlənir:

“Uzun və sıx tüklər arasında yaranan mühit müxtəlif patogenlərin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə həm insan orqanizminin sağlamlığına zərər vurur, həm də ətrafdakılar üçün yoluxma riski yaradır. Belə hallarda ekzema, dəri göbələkləri kimi xəstəliklərə rast gəlinə bilər”.

Kişilər saqqallarına tez-tez toxunaraq üzlərində yeni mikroorqanizmlərə münbit şərait yaradırlar. Mütəxəssislərin sözlərinə görə, saqqala düzgün qulluq edilməməsi hətta qasıq bitinin yaranmasına səbəb ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mahir Emrelidən sevgilisi ilə bağlı paylaşım – Fotolar

admin

Dilin rəngi sağlamlıq və xəstəlik haqqında nə deyir?

redaktor

ChatGPT-dən istifadə insanın idrak qabiliyyətlərini zəiflədir – ARAŞDIRMA

redaktor