24 C
Bakı
06 İyul 2025 09:33
CəmiyyətGündəmHadisəQalmaqal

Bu ildən – rus dilində təhsili birdən-birə qadağan etmək olmaz.

Dünəndən bəri yata bilmirdim, «1 News» səhifələrində hansısa enerjili Ələskərin çıxmasını gözləyirdim – və nəhayət, bu «günəş balasını» gətirdilər. Bizim jurnalistikamızda rəqibin yazısını oxumadan, onunla tanış olmadan, sözlərini bilmədən geniş şərh verib inkar etmək – və ona heç olmayan sözlər yükləmək – problemsiz mümkündür.

Yeri gəlmişkən, dostlar, bunun üçün böyük ağıla sahib olmaq da lazım deyil: qabaqcadan hazırlanmış «siyasi cəhətdən düzgün» açar söz və cümlə toplusu kifayətdir – onları vəziyyətdən asılı olaraq bir-birinin yerinə qoymaqla – istənilən mövzuda danışmaq, istənilən qəzetin səhifələrinə düşmək olar. Məsələn, o məşhur «Lissabon sammiti» ifadəsi kimi.

Çox təəssüf hissi keçirirəm ki, bir zamanlar mənim hörmət bəslədiyim nəşr, səhifələrində neçə-neçə yazım yerləşdirilmişdi, indi məni ləkələməyi məqsəd qoyub. Niyə? Məqsəd əlbəttə ki, baş tutmayacaq – bizdə çox insan hələ də öz başı ilə düşünür və öz beyni var. Başqa dostlar da mənə lazım deyil.

Bu cür müasir «ziyalıları» dinləyib oxuyanlar (fotoda ziyalı sağda – solda isə memar, sadəcə bir insandır) və aldananlar üçün bir daha fikirlərimi təkrar etməyə hazıram.

Hesab edirəm ki, orta məktəblərdə tədris yalnız azərbaycan dilində (və həyat üçün vacib olan ingilis dili ilə birlikdə) aparılmalıdır. Başqa çıxış yolu yoxdur – çünki biz müstəqil dövlətik. Digər dillər yalnız fakültativ və ödənişli-xüsusi kurslar şəklində ola bilər.

Lakin bugün rus dili ilə vəziyyəti və minlərlə uşağın bu dildə təhsil aldığını nəzərə alaraq, bu ildən – yəni 1 sentyabrdan etibarən – rus dilində təhsili birdən-birə qadağan etmək olmaz. Bir neçə gün əvvəl Təhsil Nazirliyi məhz bu yolla (tədrisi ləğv edərək) davranmaq istəmişdi və bununla bağlı həqiqi bir sənəd yayıldı – ona görə mən məcbur oldum bu mövzuda bir ata kimi çıxış edim, qızımın taleyi barədə narahat olduğum üçün. Çox güman ki, yuxarıdan vaxtında müdaxilə olundu və xoşbəxtlikdən bu ağılsız qərar ləğv edildi.

Ona görə də təklif edirəm ki, rus dilli təhsilə dərhal son qoyulmasın, onun əvəzinə 3, 5 ya da 7 illik keçid dövrü təşkil olunsun – belə ki, cəmiyyət bu dəyişikliklərə komfortla adaptasiya oluna bilsin. İlk öncə pulsuz kurslar təşkil olunmalı, minlərlə rus dili müəlliminin taleyi və iş yerləri həll edilməli, keyfiyyətli dərsliklər hazırlanıb çap olunmalı, və çoxsaylı digər məsələlər həll edilməli (mən mütəxəssis deyiləm) – yalnız bundan sonra tam və rahat şəkildə azərbaycan dilinə keçid edilməlidir. Bəlkə bir-iki il sonra məktəblərə rusdilli sektor qəbulunu dayandırmaq olar, ancaq artıq təhsil almış şagirdlərə 11 illik kursu başa vurmağa mütləq imkan verilməlidir.

Bu barədə öncəki iki məqaləmdə də yazmışdım.

Aydındır ki, müvafiq qurumların əməkdaşları bunu daha tez həll etmək istəyirlər və vətəndaşların mümkün problemlərinə məhəl qoymur. Onlara sürətli nəticə lazımdır — ölkə rəhbərliyinə gördükləri işin hesabatını vermək üçün. Əgər uzunmüddətli, illər aparan hazırlıq və beyin və əzmkarlıq tələb olunarsa, bu iş uzun çəkəcər – və bir neçə ildən sonra Prezidentə hesabat vermək və tərif almaq ayrı, yeni nazirə qismət olacaq — çünki nazirlər tez-tez dəyişir axı. Buna görə də elə indi bu qərarı lobbiçilik etmək və yüz minlərlə keyfiyyətsiz dərslik üçün sifarişləri vermək daha sərfəlidir — qeyri-effektiv xərclərlə milyonlarla mənfəət əldə etmək olar!

Mətnlərimi başa düşmək həqiqətənmi bu qədər çətindir? Bəlkə də mənim günahımdır, çətin yazıram: indiki sağdakı «ziyalılar» səviyyəsində, sadə yazmalıyam.

Davamını səbirsizliklə gözləyəcəm. Nəticədə məni mətbuat ulduzu edəcəksiniz.

Elçin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“O “krutoy” gözəlçənin etdiyi hərəkət qudurğanlıqdır! Bunun günahkarı…”

redaktor

Azərbaycanda zəlzələ olacaq? – Rəsmi CAVAB

admin

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi – VİDEO

redaktor