28 C
Bakı
27 Avqust 2025 15:18
CəmiyyətSağlamlıq

Arıq insanlarda qaraciyər niyə yağlıdır?

Alkoqolsuz piyli qaraciyər xəstəliyi (APQX) təkcə artıq çəkili insanlar arasında deyil, arıq şəxslər və yeniyetmələrdə də geniş yayılıb.

Tacxeber.com bildirir ki, bu barədə “Газета.Ru”ya müsahibəsində dietoloq və hepatoloq Nuriya Dianova məlumat verib. Onun sözlərinə görə, xəstəliyin əsas səbəbi maddələr mübadiləsinin pozulmasıdır və bu, qaraciyərdə piyin yığılmasına, iltihaba və nəticədə sirroza səbəb ola bilər.

Dianova bildirir ki, bu xəstəlik artıq “metabolik assosiasiyalı qaraciyərin piyli xəstəliyi” (MAJQX) adlanır və qanda trombositlərin azalması ilə müəyyən edilə bilər. Rusiyada yetkin əhalinin təxminən 30%-i bu problemdən əziyyət çəkir, lakin əsl göstəricilər daha yüksək ola bilər, çünki bir çox insanlar həkimə müraciət etmir və statistikaya düşmür.

Tacxeber.com

Oxşar xəbərlər

Yayda bu meyvə və tərəvəzlərdən bol-bol yeyin – Faydaları

redaktor

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür

redaktor

Bənövşədən xalq təbabətində istifadə olunan müalicəvi reseptlər.

redaktor