19 C
Bakı
06 Oktyabr 2025 18:48
DünyaSiyasət

Tramp: Putinlə danışıq nəticəsiz qaldı, ABŞ Ukraynaya dəstəyi davam etdirəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə 3 iyulda baş tutan telefon danışığından narazı qaldığını bildirib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, “C-SPAN” kanalında yayımlanan brifinqdə açıqlama verib.

Trampın sözlərinə görə, danışıq “yetərincə uzun” sürsə də, konkret vaxt açıqlanmayıb. Tərəflər İran məsələsini və Ukraynadakı müharibəni müzakirə ediblər. ABŞ Prezidenti bildirib ki, görüş zamanı Ukrayna ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb.

“Biz bir sıra məsələlərdən danışdıq. İranı müzakirə etdik. Ukraynadakı müharibədən də danışdıq və bu məni qane etmədi. Bu gün Putinin mövqeyində heç bir dəyişiklik olmadı”, – deyə Tramp qeyd edib.

O əlavə edib ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirir və Vaşinqton Kiyevə yardım göstərməkdə qərarlıdır.

Trampla Putin arasında bu, son altı ayda altıncı telefon danışığı olub. Kremlin nümayəndəsi Yuri Uşakovun sözlərinə görə, Putin söhbət zamanı ABŞ Prezidentinə Ukrayna ilə bağlı hədəflərindən geri çəkilmədiyini bildirib.

Məlumatlara görə, Trampın 4 iyulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı planlaşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Haniyəyə qarşı əməliyyatı “Mossad” təşkil edib – KİV

admin

Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına düşdü

admin

Nazirlik Sərdar Cəlaloğlunun partiyasına ofis verdi

redaktor