24 C
Bakı
04 İyul 2025 18:04
CəmiyyətDünyaHadisə

Rusiyada növbəti oliqarx-məmur özünü pəncərədən atdı-şübhəli ölümlə bağlı maraqlı detallar

Rusiyada “Transneft” şirkətinin 62 yaşlı vitse-prezidenti Andrey Bədəlov Rublyovskoye şossesində mənzilinin pəncərəsindən yıxılıb.


Tacxeber.com xarici agentliklərə istinadən xəbər verir ki, istintaqın əsas versiyası hadisənin intihar nəticəsində baş verməsi üzərindədir. Bədəlovun həyat yoldaşı Tatyana və iki qızı qalıb.

Lakin yerli media, xüsusilə müxalif mətbuat bununla bağlı maraqlı detallar açıqlayıb.
Rosreyestr-dən sızan məlumatlara görə, Bədəlovun adına ümumilikdə 1254,6 kvadratmetr ərazi qeydə alınıb. Onların ümumi kadastr dəyəri 174,5 milyondur (2,2 milyon ABŞ dolları), lakin bazar dəyəri daha yüksək ola bilər. Miloradovo elit kottec kəndindəki 300 metrlik ev reyestrdə 91,5 milyon rubl (1,1 milyon dollar) dəyərində qiymətləndirilir, lakin kənddəki oxşar evlər 185–285 milyon rubla satılır. Onun Moskva çayının sahilində, Arxangelskoye qoruğunun yaxınlığında 776 metrlik bağ evi; Rublyovkada 111 metrlik mənzil (72,3 milyon rubl – 919 min ABŞ dolları dəyərində) və Moskvada Belovejskaya küçəsində 62 metrlik mənzili var.

Bədəlov dövlət vəsaiti hesabına İT sahəsində təhlükəsizlik sistemləri ilə məşğul olub. 18 il Rusiya Rabitə Korporasiyasında (Rostec) çalışıb, sonra “Vosxod” Elmi-Tədqiqat İnstitutunun direktoru olub. Son dörd il ərzində isə o, “Transneft”də İT-yə cavabdeh olub.

“Vosxod” Elmi-Tədqiqat İnstitutu “Məlumatlar vitrini” adlı sistemin yaradılmasına cavabdeh idi. 2023-cü ilin martında “Vosxod” Araşdırma İnstitutundan Rusiyaya məxsus məlumatların sızması ilə bağlı xəbərlər yayılıb. Rəqəmsal İnkişaf Nazirliyi məlumat sızmasını təsdiqləməyib.

Bədəlov dövründə “Vosxod” borclar içində boğulurmuş.
Belə ki, “Vosxod” ilə iki böyük müqavilə ləğv edilib. Rəqəmlərə görə, Rəqəmsal İnkişaf Nazirliyinin sifarişi ilə Gömrük Xidmətinin informasiya sistemləri və resurslarının “Dövlət Buludu” (ГЕОП) platformasına köçürülməsi üzrə 780 milyonluq müqavilənin icrası dayandırılıb. Həmçinin Baş Prokurorluğun rəqəmsal transformasiyası üzrə 946 milyonluq müqavilənin icrası dayandırılıb. İşçilərin maaşları isə artıq kredit hesabına ödənilir.

Eyni zamanda, “Transneft” şirkətinin gəlirləri də azalmaqdadır. Bu dövlət şirkəti Rusiyanın Avropa və Asiyaya ixrac olunan neftinin 85 %-ni nəql edir. 2024-cü ildə nəqliyyat həcmi azalıb: neft üzrə 3 %, neft məhsulları üzrə isə 2 %. Şirkətin maliyyə hesabatına əsasən, xalis mənfəət 5,4 % azalma ilə 287,7 milyard rubla düşüb.

Bədəlov müharibənin başlanğıcından bəri müəmmalı şəkildə həyatını itirən 17-ci yüksək səviyyəli menecerdir. Rusiyada müəmmalı şəkildə dünyasını dəyişən iri rütbəli məmurlar elə məhz neft-qaz sektorunda olub. 2022-ci ilin sentyabrında “Lukoyl” İdarə Heyətinin sədri Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılıb. Bundan əvvəl, 2022-ci ilin aprelində İspaniyada “Novatek”in keçmiş yüksək səviyyəli meneceri Sergey Protosenya həyat yoldaşı və qızı ilə birlikdə vəfat edib. 2023-cü ildə onun vəzifəsini tutan Vladimir Nekrasov “ürək çatışmazlığı” səbəbindən ölüb. 2024-cü ildə isə “Lukoyl” şirkətinin vitse-prezidenti Vitali Robertus müəmmalı şəkildə Moskvadakı “Lukoyl” ofisində ölü tapılıb.(Musavat.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Bakı ilə bağlantı”: “Forbidden Stories” Konsorsiumu “Abzas Media”nın araşdırmalarını davam etdirəcək

admin

“Qarabağ”ın oyununa bilet tapmayanların NƏZƏRİNƏ!

redaktor

Qızılcaya yoluxan şəxslə təmasda olanlar karantinə alınır? – RƏSMİ AÇIQLAMA

redaktor