24 C
Bakı
04 İyul 2025 13:56
CəmiyyətDigərHadisəİqtisadiyyatSiyasət

Oğlu polis rəisi işləmiş Aqil Abbas MM-də polislərin maaşlarının qalxmasını təklif etdi.

Milli Məclisin bu günki iclasında deputat Aqil Abbas Azərbaycanda polis əməkdaşlarının sosial vəziyyətindən danışıb.

“APA”nın məlumatına görə, deputat postsovet məkanında ölkənin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan polisinin xüsusi rol oynadığını qeyd edib:

“Onların sosial şəraitinin yaxşılaşdırılması vacibdir. Biz gecələr rahat yatırıqsa, bu, bizi qoruyan polislərin sayəsindədir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində polislər qəhrəmanlıq göstəriblər. 62 polis əməkdaşına Milli Qəhrəman adı verilib. Mən çox istəyirəm ki, polislərin maaşı artırılsın. Çünki polisin gecəsi-gündüzü yoxdur, amma ən az maaşı polislər alır”.

Xatırkadaq ki, Aqil Abbasın oğlu Tuncay Abbas Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi işləyib. O, 2024-cü ildə DİN-dəki vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərəblərin Azərbaycana marağı niyə azalıb?

admin

Gəncədə sərnişin avtobusu qəza törətdi: yaralılar var

redaktor

Utanın. Belə də rəhbər olar?

admin