23 C
Bakı
05 İyul 2025 09:35
CəmiyyətHadisəSiyasət

Müsavat Partiyasına Rusiya əleyhinə aksiyaya icazə verilmədi

İcra Hakimiyyəti səbəb kimi potensial təhlükə və ictimai maraqları əsas göstərib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirməsinə icazə verməyib.

Musavat Partiyası Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında iyulun 8-də piket keçirmək üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmişdi.

Meriyanın məlumatında qeyd olunub ki, iyunun 27-də Yekaterinburqda baş verənlərlə bağlı Azərbaycan hökuməti qarşı tərəfə rəsmi etiraz bildirib və bu istiqamətdə müvafiq addımlar atılıb.

İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsini əsas gətirərək piketin keçirilməsinə icazə verməyib.

Həmin maddədə göstərilir ki, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda — milli və ya ictimai təhlükəsizlik, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə məhdudlaşdırıla bilər.

İcra Hakimiyyəti səbəb kimi potensial təhlükə və ictimai maraqları əsas göstərib.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlıların yaşadığı evlərə keçirilən reydlər zamanı iki nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb və 9 nəfər isə saxlanılıb.

Ölənlərdən biri 60 yaşlı Hüseyn Səfərov, digəri isə 55 yaşlı Ziyəddin Səfərovdur.

Hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya tərəfinə təxirəsalınmaz araşdırma aparılmasını və zorakılığı törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Bu hadisə nəticəsində Azərbaycan bir sıra mədəni tədbirləri təxirə salıb və Rusiyanın yüksək səviyyəli nümayəndələrinin ölkəyə səfərini ləğv edib.

Həmçinin fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiya dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfəri saxlayıb.

Həbs olunanlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etmə kimi müxtəlif maddələr irəli sürülüb.

Rusiya mətbuatı isə yazıb ki, onların sayı 10 nəfərdir və aralarında turist və iş adamları da var. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənilər türklərə xəyanət edib” – ABŞ prezidentinin keçmiş müşaviri

redaktor

Son günlər Rusiya Paşinyan hakimiyyətinə nə messajları verir ?

admin

Hikmət Hacıyev “Politico”nu “dezo” yaymaqda ittihamladı

redaktor