20 C
Bakı
06 Oktyabr 2025 10:04
DigərŞou

“Ailəli idim, sevgi məktubları alırdım” – Aşıq Zülfiyyədən etiraf

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, o bu barədə “Rəngarəng” verilişində danışıb. Sənətçi illər əvvəl ona yazılan məktubları haqqında danışarkən bildirib ki, ailəli olsa da, sevgi məktubları alırmış:

“Mən İctimai TV-də “Ozan” verilişini aparanda prodüser gülə-gülə gəlirdi ki, “sənə sevgi məktubları göndəriblər”. Öz aramızda gülürdük, boş verirdim. Ailəli idim… O məktubları yazan adam bir dəfə gəldi ki, “həmin insan mən idim”. Dedim, nə məktub? Dedim, xətrinizə dəyməsin, deyəsən, başınız xarabdır. Dedim, bilirsən ki, mənim nə boyda oğlum var? Dedi ki, “Babəki da tanıyıram, bilirəm”. Qayıtdı ki, “mənə çatdırıblar ki, siz boşanmısınız”. Dedim, səhv çatdırıblar”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Cennifer Lopez içki düşkünü olub.

admin

“Mələkxanım heç mənə tərəf baxmadı…“ – Bazarda işləyən müğənni + VİDEO

redaktor

“Həyat yoldaşımın etdikləri işgəncə idi” – VİDEO

redaktor