21 C
Bakı
12 İyul 2025 04:22
CəmiyyətDünyaİdman

Ağ Evdə UFC döyüşü keçiriləcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Ev ərazisində “Ultimate Fighting Championship” (UFC) təşkilatının döyüşü keçiriləcək.

Tacxeber.com-ın xəbərinə görə, Ayova ştatında 2026-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyinə həsr olunmuş çıxışı zamanı Tramp qeyd edib ki, bu əlamətdar tarixlə bağlı təntənəli tədbirlər ölkənin hər yerində keçiriləcək. “Hətta düşünürəm ki, UFC döyüşü təşkil edəcəyik. Aranızda UFC-ni izləyən var?” – deyə ABŞ lideri auditoriyaya müraciət edib və çıxışında UFC prezidenti Dana Uaytı da xatırladıb.

“Biz UFC döyüşü keçirəcəyik, bir düşünün, Ağ Evin ərazisində. Orada bizim kifayət qədər yerimiz var”, – deyə Tramp əlavə edib. Onun sözlərinə görə, söhbət “tam formatlı” çempionluq döyüşündən gedir və həmin tədbirdə 20-25 min tamaşaçının iştirakı gözlənilir.

Tramp döyüşün konkret nə zaman baş tutacağını və kimlərin iştirak edəcəyini açıqlamayıb. Ağ Evin jurnalistləri isə prezident administrasiyasının sözçüsü Kerolin Livittin sözlərini sitat gətiriblər: “Tramp bu fikrində “tamamilə ciddidir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Onlar heç vaxt xəstələnmirlər, xərçəng haqqında bilmirlər və 120 ilə qədər yaşayırlar. Bu da onların sirri

redaktor

“Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir”

redaktor

Azərbaycanda 7 bal gücündə zəlzələ olma ehtimalı var? – AÇIQLAMA

redaktor