24 C
Bakı
03 İyul 2025 21:00
CəmiyyətDünya

“Sputnik Azərbaycan”ın 5 əməkdaşı ZAMİNƏ BURAXILDI

Tacxeber.com xəbər verir ki, bu barədə “Sputnik Ближнее зарубежье” “Telegram kanalı məlumat yayıb.

““Sputnik Azərbaycan”ın respublika vətəndaşı olan beş əməkdaşının hamısı zaminə buraxılıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bildirmişdi.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Polis bu səbəbdən “Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində əməliyyat keçirib, direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin bu ölkəyə girişi qadağan edildi

redaktor

Antalyadan İrəvana 50, Bakıya isə 274 dollara təyyarə bileti…

admin

Paşinyan oğlunun oğurlanmasından danışdı

redaktor