22 C
Bakı
07 Oktyabr 2025 12:10
GündəmHadisəİqtisadiyyatMaraqlıSiyasət

İlham Əliyevin bu gün açılışını etdiyi “Xankəndi” Biznes Mərkəzi və “Xankəndi” Konqres Mərkəzi Prezidentin özünə məxsusdur.

Prezident İlham Əliyev bu gün “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzi və “Xankəndi” Konqres Mərkəzinin açılışında iştirak edib.

Tacxeber.com xəbər verir ki, Meydan TV-nin araşdırması zamanı məlum olub ki, “Xankəndi” Mehmanxana Kompleksinə daxil olan “Qarabağ”, “Palace” və “Bulud” hotelləri birbaşa Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdindədir və ona aiddir. Hotellərin tikintisinə yaxud bərpasına büdcədən nə qədər vəsait ayrılması, onun necə xərclənməsi, tikinti-təmir-bərpanın hansı şirkətlərin həyata keçirməsi barədə məlumatlar isə açıqlanmayıb.

Eyniylə də “Xankəndi” Biznes Mərkəzi və Konqres Mərkəzi üçün də bu məlumatlar sirr olaraq qalmaqdadır.

Dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.

Müasir texniki avadanlıqlarla təchiz olunduğu deyilən Konqres Mərkəzi isə 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Boğazında ət qalan polkovnik vəfat etdi

redaktor

İsrail kəşfiyyatı niyə HƏMAS hücumunun qarşısını ala bilmədi?

admin

Tramp mikroinsult keçirib?

redaktor