CəmiyyətDünyaMuharibə

Bu gecə rusların yuxusu ərşə çəkilib: Görün Ukrayna nələr edib

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Rusiyanın regionlarına bir neçə hücumunu dəf edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ümumilikdə beş obyekt üzərində 69 pilotsuz uçan aparat məhv edilib.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 69 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – rəsmi məlumatda deyilir.

Bildirilir ki, 27 PUA Belqorod bölgəsinə doğru hücum edib. 5 PUA isə Voronejə yaxınlaşarkən vurulub. Lipetsk vilayəti üzərində səmada daha 10 PUA məhv edilib.

Rusiyanın daha iki bölgəsi – Kursk vilayəti və Krım da hücuma məruz qalıb. Hava hücumundan müdafiə vasitələri onların üzərində müvafiq olaraq səkkiz və iki PUA aşkar edərək məhv edib. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı

redaktor

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb

redaktor

Sədr müavini: “Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır”

redaktor