22 C
Bakı
03 İyul 2025 21:53
DünyaHadisəSiyasət

Putinlə Tramp 1 saata yaxın telefon əlaqəsində nəyi müzakirə ediblər? Nəticə nədir?

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov: “Putinlə Tramp arasında telefon söhbəti təxminən bir saat davam edib”.

Uşakovun iddiasına görə,

-Liderlər enerji və kosmik tədqiqatlar sahəsində bir sıra perspektivli birgə iqtisadi layihələri müzakirə ediblər;

– Söhbət zamanı Putin və Tramp Suriyadakı hadisələrə toxunublar, Moskva və Vaşinqton bu mövzuda dialoqu davam etdirəcəklər;

– Putin və Tramp İran ətrafındakı vəziyyəti və ümumilikdə Yaxın Şərqi ətraflı müzakirə ediblər;

– Putinlə söhbətində Tramp Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini qaldırıb;

– Putinlə Tramp mümkün şəxsi görüş barədə müzakirə aparmayıblar.

Çıxarılan nəticə:

• Tramp Putindən Ukraynada hərbi əməliyyatları dayandırmağı tələb edib. Putin bununla razılaşmayıb və üz-üzə görüşmək məsələsi gündəmdən çıxıb. Bu həm də əslində bu telefon danışığında əldə olunan bütün razılaşmaların sıfırlanması deməkdir.

• Putinin Trampla telefon danışığında Suriya məsələsini qaldırması ABŞ-dan çox Türkiyəyə mesajdır. Görünür, Putin bu “təşəbbüsü” ilə Azərbaycanla diplomatik savaşın əsl günahkarı olaraq Türkiyəni görür və ona Suriyada əl-ayağına “dolaşa bilərəm” mesajı verir.

• İran və Yaxın Şərq məsələsinin masaya yatırılması da təsadüfi deyil. Putinin İran qarşılığında Ukraynanı istəməsi bəllidir. Amma 1 saatlıq telefon danışığının nəticəsiz bitməsi versiyası doğrudursa, Putinin bu sövdələşməsinin də işə yarayacağı müəmmalıdır.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski ruslara xəbərdarlıq edib

redaktor

Natiq Cəfərli: ““Şahdağ Turizm Mərkəzi” niyə hər il büdcədən dotasiya almalıdır ki?!”

redaktor

Ailə faciəsi: İki qardaşı vəfat edən bacının da meyiti tapıldı

redaktor