23 C
Bakı
03 İyul 2025 09:39
DünyaSiyasət

Ukrayna rəsmisi Yekaterinburq hadisələrindən danışdı: “Moskva nəzarəti itirib”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya Federasiyasının Cənubi Qafqazda təsir gücünü itirdiyini bildirib. Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva eyni anda həm Bakıda, həm də İrəvanda narazılığa səbəb olub və artıq bölgədə əvvəlki kimi nüfuz sahibi deyil.

“Moskva uzun illər Azərbaycan və Ermənistan arasındakı ziddiyyətlər üzərindən oyun quraraq bölgəyə nəzarət edirdi. Lakin bu mexanizm artıq işləmir. Rusiya Qarabağdan çəkildi və regionda real təsir imkanlarını itirdi”, – deyə Kovalenko bildirib.

Onun sözlərinə görə, iyunun 30-da Bakıda Rusiya “Sputnik” agentliyinin əməkdaşlarının saxlanılması – və bu şəxslərin əslində FSB əməkdaşları olduğu barədə yayılan məlumatlar – Moskva üçün açıq mesajdır: “Azərbaycan Rusiyanın informasiya və agentura şəbəkəsini neytrallaşdırır. Bu, artıq işarə yox, birbaşa siqnaldır.”

Kovalenko hesab edir ki, bu reaksiya təkcə Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər və ya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı deyil: “Bu, bütövlükdə Rusiyanın artan toksikliyinə və destruktiv roluna qarşı cavabdır.”

Mərkəz rəhbəri onu da qeyd edib ki, Ermənistan da oxşar mövqe sərgiləyir: “İrəvan rəsmi şəkildə bəyan edib ki, Moskva ölkənin daxili işlərinə müdaxilə etməməlidir. Ermənistanda artıq Rusiya yönümlü siyasətçilər, iş adamları və ruhanilər saxlanılır.”

Kovalenko vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü digər post-sovet ölkələrinə də ciddi siqnal verdi: “Moskva keçmiş sovet məkanında heç bir ölkənin müstəqil siyasətini qəbul etmir. Bu isə Rusiyanı həm təhlükəli, həm də zəif tərəf kimi göstərir.”

Sonda o bildirib: “Cənubi Qafqaz artıq Moskvanın nəzarətində deyil – və bir daha da olmayacaq.”

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra radioaktiv çirklənmə qeydə alınıb?

redaktor

Rusiya cəbhədə fərariləri güllələyir

redaktor

Qabonda devrilən prezidentin evindən çamadanlarla dolu pul çıxdı – VİDEO

redaktor