24 C
Bakı
04 İyul 2025 14:50
CəmiyyətDünyaHadisəKriminal

Şahinin hansısa cinayətə görə saxlanılması… – Elçin Şıxlı

Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə hərbi xidmətini Yekaterinburqda çəkib. Ondan sonra orada hüquq təhsili alıb. Hüquqşünasdır və hüquq şirkəti var. Ömrünün demək olar ki, çox hissəsini – beşdən dördünü Rusiyada yaşayıb. Orada çox nüfuzlu şəxslərdən biridir, biznesmendir.

Tacxeber.comxəbər verir ki, bu sözləri Teleqraf-a “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.

O, Şahin Şıxlinskinin dəfələrlə ulu öndər Heydər Əliyevin qəbulunda olduğunu bildirib:

“Onun Yekaterinburq vilayətinin qubernatoru ilə gözəl əlaqələri var idi. Yəni o, olduğu bölgədə tanınmış, nüfuzlu adamdır. Bu baxımdan Şahinin hansısa kriminal hadisəyə görə saxlanılması biabırçılıqdır. İyunun 27-də Yekaterinburqda həbs edilən bir neçə soydaşımızın hüquqlarını məhkəmədə Şahin və oğlu Mutvali Şıxlınski (Mutvəli Şıxlınski də vəkildir – red.) qoruyub, onların bəzisinin həbsdən azad edilməsinə nail olublar”.

Elçin Şıxlı bildirib ki, Şahinin bu şəkildə həbsi gözlənilmirdi: “Amma görünür, Rusiya rəhbərliyi başını itirib. Baş verənlər Rusiya ilə diplomatik əlaqələrimizi ciddi şəkildə zədələyəcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Strateji dönüş”: Hindistan Putinin Yaxın Şərqə səfərindən heyrətə gəlib

admin

“Balaca arvad”ın dili özündən uzundur, utanmaq yox, qızarmaq yox!” – Yazıçıdan sərt qınaq

redaktor

Ərəb Fondu Yəmənə 1 milyard ayırdı

redaktor