CəmiyyətDünyaHadisəKriminal

Şahin Şıxlinskinin oğlu DANIŞDI: “Mənə dedilər ki, sus, 3-4 dəqiqədən sonra…”

“Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir”

Bunu polis tərəfindən saxlanılan Yekaterinburqdakı Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski deyib.

Onun sözlərinə görə, onlar “Baku Plaza” otelinə yaxınlaşarkən hüquq mühafizə orqanlarının əməkdaşları yolu kəsib və onların olduğu avtomobilin şüşələrini sındırmağa başlayıb.

“Düşünürəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və arxaya çəkildim. Sonra bizi avtomobildən çıxardılar. Hər ikimizin vəkili olduğumuzu izah etməyə, niyə saxlandığımızı izah etməyə çalışdım. Cavabında mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni sərbəst buraxdılar, atamı isə Sverdlovski vilayətinin İstintaq Komitəsinə apardılar. Hansı əsasla şahidi Rusiyanın İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəldiklərini anlamıram. Bu, bizə qarşı qanunsuz hərəkətlərdir. Atamın hansı xəsarətlər aldığını bilmirəm.”, – o deyib.

Onun sözlərinə görə, Şahin Şıxlinskinin statusu dəyişməyib və o, hələ də Yunis Paşayev (2001) və İkram Hacıyevin (2011) qətli işi üzrə şahiddir.

Qeyd edək ki, daha əvvəl məhz bu iş üzrə aparılan reydlər zamanı Səfərov qardaşları dünyasını dəyişib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Səni axtarıram”da Aqşin Fatehi sevdiyini deyən qadın metroda olay çıxardı – FOTO

redaktor

Ərdoğan Netanyahunu “vampir” adlandırdı

redaktor

Günəş Yeri qızdırırsa, kosmos niyə bu qədər soyuqdur: Elm buna cavab verir

redaktor