CəmiyyətDigərDünya

Kəbirə Məmmədova klinikasını satdı

Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova adına olan “Kəbirə-Tibb Mərkəzi”ni satıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2007-ci ildə fəaliyyət göstərən “Kəbirə-Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Referans” Klinikalar Şəbəkəsi tərəfindən bir neçə milyon manata satın alınıb.

Klinika artıq Mərdəkan Referans Hospital adı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, 04.04.2007-ci il tarixində yaradılan və qanuni təmsilçisi Abazəliyev Qüdrət Nurəddin oğlu olan “Kəbirə-Tibb Mərkəzi” 01.30.2025-ci ildə adını dəyişərək “Referans Medı-Art Hospital” MMC olub. Klinikanın nizamnamə kapitalı 10 manatdan 20 manata qaldırılıb. Sözügedən klinikanın qanuni təmsilçisi Kərimov Vasif Qaraxan oğlu seçilib.

Xatıradaq ki, uzun illərdir fəaliyyət göstərən “Kəbirə-Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində KİV-dən kifayət qədər neqativ məlumatlar dərc edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“TikTok-da 4 dəqiqəyə 400 manat qazandım”

admin

Antalyada meşə yanğını başladı

redaktor

Dünyanın ən humanist və lüks həbsxanası – Video

redaktor