29 C
Bakı
18 Avqust 2025 15:29
DünyaSiyasət

Deportasiya qorxusu Maskı təlaşa saldı: Trampa tərif dolu paylaşım

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Donald Trampın Qəzza zolağındakı atəşkəslə bağlı diplomatik səylərini açıq şəkildə dəstəkləyib.

Tacxeber.com xəbər verir ki, Mask Trampın bu barədə paylaşımını “X” sosial şəbəkəsində yenidən yayımlayıb.

Tramp açıqlamasında bildirib ki, İsrail 60 günlük atəşkəslə bağlı lazımi şərtlərlə razılaşıb. Onun sözlərinə görə, bu müddət ərzində ABŞ münaqişənin dayandırılması üçün bütün tərəflərlə birgə çalışacaq.

Qeyd edək ki, Maskın bu dəstəyi onun deportasiya ediləcəyi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda gündəmə gəlib. Jurnalistlərin bu barədə sualına Tramp qısa şəkildə “buna baxarıq” cavabını verib.

O əlavə edib ki, Mask Cənubi Afrikada anadan olub, əvvəlcə Kanadaya, daha sonra isə ABŞ-a köçərək vətəndaşlıq alıb və burada öz texnoloji şirkətlərini qurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampın prezident seçkilərində iştirakına qadağa qoyuldu – FOTO

redaktor

Ermənilər qanunsuz hərbi daşımalara davam edir – VİDEO

redaktor

Qəzzada ölən fələstinlilərin sayı 11 mini keçdi

redaktor