CəmiyyətKriminalSiyasət

Bakı-Moskva xəttində gərginlik dərinləşir: Rusiyada azərbaycanlılara qarşı zorakılıq

Rusiyada Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, eləcə də iş adamları Yusif Xəlilov və Əhməd Hacıyevin saxlanıldığı haqda məlumatlar yayılıb. Görüntülərdə soydaşlarımıza qarşı zorakılıq törədildiyi əks olunur. Moskva bununla Bakıya qarşı “demarş” edir.

Bu, Bakı-Moskva xəttində münasibətlərin kəskin mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Çünki tərəflərin qarşılıqlı gedişləri təmasların qurulmasından hələ uzaq olduqlarını göstərir.

Bu mərhələdə Rusiyanın soydaşlarımıza qarşı zorakı addımlarının davam etməsi prosesin gözlənilən tərəfidir. Lakin aqressivləşən Rusiyanın Azərbaycanda təxribat cəhdlərinə qarşı da hazırlıq olmaq lazımdır.

Asif Nərimanlı

 

Tacxeber.com

Oxşar xəbərlər

Prezident Cavid Qurbanovun yerinə onu təyin etdi

admin

Bloomberg: Tramp seçkidə qalib gələrsə, Aİ-yə qarşı cəza tədbirləri görəcək

admin

Orban: Son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki…

redaktor