23 C
Bakı
03 İyul 2025 09:31
CəmiyyətGündəmŞikayətSiyasət

Azərbaycanı sümürənlərdən biri Mixail Zabelin nə işə yarayır?

I, II, III, IV, V və VI çağırış deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin 79 ildir Azərbaycanı sümürüb yeyir, nəsli kökü ilə birgə!

Bu həmin Zabelindir ki, “Şöhrət” ordeni ilə, Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Ömründə 1-cə dəfə yaralı barmağın birini ssssarımayıb. Nəhayət Yekatrenburq olayında bəlkə vətənə nəsə bir xidməti dəyər -deyən jurnalistlər soruşublar ki, ay Mixail müəllim , Rusiyanın Azərbaycana qarşı bu hərəkətlərinə nə qiymət verirsən, nə deyirsən?

Mixail müəllim, qayıdıb deyib ki, nə hadisə, nə olub ki? Məsələni əlüstü başa salıblar ki, bəs vəziyyət belədir. Hə, bundan sonra Mixail müəllim cavab verib ki, “bilmirəm”, “xəbərim yoxdur”.

 

Deputat olduğu dönəmlərdə həmişə Rusiyanın qatı müdafiəçisi olub. 2017-ci ildə göndəriblər ki, get St. Peterburq şəhərində tədbirdə çıxış et Qarabağın Azərbaycan ərazisi olduğunu sübut elə! Bu da gedir əlin qoyur qulağının dibinə , başlayır haray salmağa ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır”.

Mixail müəllimin də konkret xəbəri yoxdu ki, dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Ümumiyyətlə getdiyi yerdə də p…-p… a qatıb gəlib.

79 il yemlə saxla, yemlə saxla, gözün üstə qaşın var demə, 10 min maaş ver, təqaüd ver, xidməti maşin ver, imtiyazlar ver, mükafat və fəxri adlar ver, şişirt, indi də sənə lazım olanda, desin ki xəbərim yoxdu.

Nə bilim… karın başına balta sapı girir, deyir o takkatuk nədir ?

Vallah “Sputnik Azərbaycan”ın əməkdaşlarını yoxe, bunu polisin qabağına qatmaq lazımdı…

 

Əntiqə Rəşid

Tacxeber.com

Oxşar xəbərlər

“Omega 3”ü əvəz edəcək mükəmməl vasitə – Qatığa töküb yeyin

redaktor

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

redaktor

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk etnosuna mənsubdur? Bunun özü hələ sualdır…”

redaktor