30 C
Bakı
15 Avqust 2025 14:23
CəmiyyətDünyaGündəmHadisəKriminal

Zelenski Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycan xalqına BAŞSAĞLIĞI VERDİ

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıq apardım. Ukraynaya, xalqımıza və ərazi bütövlüyümüzə göstərdiyi dəstəyə görə ona təşəkkürümü bildirdim. Eyni zamanda, Rusiya tərəfindən Azərbaycan vətəndaşlarına qarşı edilən təhqiramiz rəftara və Azərbaycan Respublikasına qarşı edilən hədələrə qarşı Ukraynanın birmənalı dəstəyini ifadə etdim”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.

Zelenski Rusiyada Səfərov qardaşlarının qətlə yetirilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib:

“Əminəm ki, bütün faktlar araşdırılacaq və ədalət yerini tapacaq. Prezident Əliyevlə aramızda ortaq baxış mövcuddur: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır”.

O həmçinin bildirib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər də müzakirə edilib:

“Energetika sahəsində və humanitar əməkdaşlıq mövzusunda fikir mübadiləsi apardıq. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik. Hökumət nümayəndələrimiz bu istiqamətdə işi daha da fəallaşdıracaqlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni mafiyasının Avropadakı killeri Ermənistanda gizlənir – FOTO/VİDEO

redaktor

“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə…” – Professordan qorxunc XƏBƏRDARLIQ

redaktor

“AZAL”a işçi tələb olunur – Müraciət edin

admin