DigərDünya

Xameneinin sözçüsü Trampı öldürməyə çağırdı

İranın Ali Rəhbəri Əli Xameneinin ofisinin sözçüsü, din xadimi Əlirza Pənahiyan ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına sərt reaksiya verib.

Tacxeber.com bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

“Müctehidlər bildiriblər ki, əgər kimsə, İranın ali rəhbərini təhdid etsə, onun barəsində edam hökmü çıxarılmalıdır. Ali rəhbəri ölümlə hədələdikləri üçün Donald Tramp və Benyamin Netanyahunun öldürülməsi vacibdir, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu hökmə əsasən, dünyanın istənilən yerində hər bir müsəlman canından keçməli və onları öldürməlidir. (Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp xanım baş naziri “elektrik naqili” adlandırdı – Maraqlı AÇIQLAMA

redaktor

Təcrübəli pilotun xəbərdarlığı: “Antarktidaya uçmaq həyat üçün təhlükəlidir”

redaktor

Qəribə üz quruluşuna sahib olan ailənin xəstəliyi tapılmır – FOTO

redaktor