28 C
Bakı
16 Avqust 2025 22:06
DünyaİqtisadiyyatSiyasət

Kreml “siz miqrantların pul köçürmələrindən asılısınız” tezisi ilə şantaj edir.

Azərbaycanın Rusiya ilə bugünkü davranışı Mərkəzi Asiya ölkələrini də Kremllə münasibətlərdə cəsarətli olmağa həvəsləndirməlidir.

Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, işgəncələr verilir. Mərkəzi Asiya ölkələrinin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduqlarından Rusiyaya bir söz deyə bilmirlər.

Rusiya Prezidenti böyük imperiyanın bərpası vacibliyindən danışırsa, “rus hərbçisinin ayağının dəydiyi hər yer Rusiyadır” deyirsə, bəbrabərhüquqlu tərəfdaşlıq üçün yer qalmır. Bıçaq sümüyə dirənəndə, Mərkəzi Asiya ölkələri də miqrant vətəndaşlarının döyülməsinə, işgəncə görməsinə göz yummayacaqlar.

Kreml qonşu ölkələri “siz miqrantların pul köçürmələrindən asılısınız” tezisi ilə şantaj edir. Yəni “miqrantları ölkənizə göndərsəm, iqtisadi vəziyyətiniz ağırlaşacaq”. Halbuki, miqrantların sıxışdırılması ilk əvvəl Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Rusiyanın işçi qüvvəsinə ehtiyacı var, Ukrayna ilə müharibədə ölənlərin sayının artması boş iş yerlərinin sayını daha da artırıb.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Amerikalı general: “Vurulmuş naməlum obyektlərin yadplanetli mənşəyi istisna edilmir”

redaktor

Orban Moskvada: Putin görüşdən imtina etdi

admin

Dünyanı dəyişən 12 nəfər – Tarixin kölgəsində qalan dahilər

admin