30 C
Bakı
15 Avqust 2025 14:32
DünyaSiyasət

İrandan Putinə ikiüzlülük İTTİHAMI

İran parlamentinin keçmiş vitse-spikeri Əli Motahari Rusiyanı sərt tənqid edib, Putini ikili standartlarda və müttəfiqlərə seçici yanaşmada ittiham edib.

Tacxeber.com Lent.az-a istinadla xəbər verir ki, İran parlamentinin keçmiş vitse-spikeri Əli Motahari Moskvanın S-400 zenit raket komplekslərini Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrə həvəslə çatdırdığını, lakin İrana verməkdən imtina etdiyini açıq şəkildə bildirib.

Bu barədə Əli Atahari “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Tehranın Ukraynadakı müharibə üçün pilotsuz təyyarələr də daxil olmaqla, Rusiyaya fəal kömək etməsinə baxmayaraq, Moskva müdafiə sahəsində əməkdaşlıq məsələsində ehtiyatlı davranır. Mötəharinin fikrincə, imtinanın əsas səbəbi S-400-lərin Tehranın İsrailə qarşı istifadə edə biləcəyi qorxusudur.

Sonda siyasətçi istehza ilə qeyd edib ki, Vladimir Putinin İslam Respublikası ilə münasibətlər kontekstində danışmağı sevdiyi “strateji tərəfdaşlıq” məhz belə görünür.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranlı general öldürülüb

redaktor

Güclü maqnit qasırğası başlayıb – XƏBƏRDARLIQ

redaktor

“Moskva Paşinyana deyə bilər ki, xoşluqla reallaşdır, əks halda Azərbaycanla Türkiyə zorla edəcək”

admin