28 C
Bakı
01 İyul 2025 10:46
DünyaHadisəSiyasət

Fransa da erməni qaniçənlərinin arxasından çəkildi – İranı-Rusiya siam ekizlərini qəzəbləndirəcək bir başqa səbəb

Makron iyunun 29-da Paşinyanla telefon danışığı aparıb, onun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma addımlarını alqışlayıb.

Telefon danışığından sonra mətbuata açıqlama verən Makron bildirib:

“Mən Ermənistan demokratiyasını pozmaq cəhdlərinə qarşı mübarizədə [Paşinyana] Fransanın həmrəyliyini ifadə etdim. Həmçinin onun Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində cəsarətli səylərini dəstəklədiyimizi bir daha təsdiqlədim. Sülh və açıq sərhədlər bütün region üçün mühüm hadisə olacaq”.

 

Bəyanatdan aydın görünür ki, Makronla Paşinyan arasındakı danışıqlarda iki mühüm məsələ gündəmə gətirilib: Paşinyanın erməni kilsəsinə qarşı apardığı mübarizə; Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma.

Fransa prezidentinin Paşinyanla telefon danışığında üzərində dayandığı mövzulardan biri erməni baş nazirinin kilsəyə qarşı başlatdığı mübarizə olub. Makronun bəyanatında bu fakt açıq qeyd olunmasa da, “Ermənistan demokratiyasını pozmaq cəhdlərinə qarşı mübarizə” ifadəsi ilə yalnız buna eyham vurulur. Zira son zamanlarda İrəvan hökuməti ilə keşişlər arasında ideoloji və hüquqi qarşıdurma gedir. Paşinyan keşişlərin bu fəallaşmasını hansısa xarici dövlət tərəfindən hazırlanmış dövlət çevrilişi cəhdi qiymətləndirir və bu cəhdin qarşısının alındığını, bundan sonra da sərt şəkildə alınacağını bildirir. Makron da sanki bu iddia ilə razılaşaraq Paris adından ona xeyir-dua verir.

 

Asi keşişlərin əsas müttəfiqlərindən olan Daşnaksütyun partiyasının yetkililərinin Makronun bu bəyanatına sərt reaksiyası da iddialarımızı təsdiqləyir. Partiyanın Ali orqanının nümayəndəsi, “Ermənistan” parlament fraksiyasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində Makrona müraciətlə yazdığı bəyanatında bildirib:

“Hörmətli prezident Emmanuel Makron!

Sizin Nikol Paşinyana “dəstək” verməyiniz əslində Ermənistanda demokratiyadan çox tiraniyanın bərqərar olmasına və regionda yeni tiranın meydana çıxmasına töhfə verir.

Son illərdə Aİ-nin yüksək rütbəli nümayəndələri və sizin Ermənistan hakimiyyətini “cəsarətli addımlar”a həvəsləndirməyiniz xalqımız üçün fəlakətlə nəticələndi”.

 

“Fransa prezidentinin bəyanatının Ermənistanda yaranan avtoritar sistemi ruhlandırdığını” bildirən Saqatelyan bu cümləri ilə erməni millətçilərinin yalnız Parisdə deyil, Avropa İttifaqında da təcrid vəziyyətə düşdüyünü bir növ etiraf edir.

Paşinyanla Makron arasında 2 gün əvvəl baş tutan telefon danışıqlarında bizim üçün diqqət çəkən ən mühüm məqam Zəngəzur dəhlizinin açılmasına Fransanın münasibəti ilə bağlıdır. Makronun “açıq sərhədlər” prinsipini dəstəkləməsi o deməkdir ki, Paris də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmır və Paşinyanı buna təşviq edir. Belə görünür ki, Azərbaycanın ana südü qədər halal olan bu haqqına qarşı çıxan yeganə dövlət qaldı – İslamı özünün maskasına çevirib ancaq müsəlman dünyasının inkişafının qarşısını almağa çalışan İran.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağ erməniləri təşvişdə: “Tevos, bu dəfə vəziyyət ciddidir”

admin

Xamenei İranın ‘Zəngəzur dəhlizi’nə qarşı olduğunu bir daha vurğulayır

admin

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatdı – FOTO

redaktor