23 C
Bakı
01 İyul 2025 21:45
CəmiyyətDünyaQalmaqalSiyasət

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır – Dücarik

BMT Azərbaycan və Rusiya arasındakı gərginlikdən tam xəbərdardır.

Tacxeber.com xəbər verir ki, bunu “Report”un ABŞ bürosunun sualına cavab olaraq BMT Baş katibinin sözçüsü Stefan Dücarik deyib.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən iki azərbaycanlı mülki şəxs Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir. Onlar tanınmış azərbaycanlı jurnalist Seyfəddin Hüseynlinin qardaşları idi. Həmin gün bir neçə nəfər ağır xəsarət alıb, doqquz nəfər isə saxlanılıb.

Hadisə ilə bağlı BMT-nin hələlik niyə heç bir rəsmi qınama və Rusiya tərəfindən açıqlama tələb etməməsi ilə bağlı suala cavab olaraq sözçü baş verənlərdən xəbərdar olduğunu deyib: “Azərbaycan ilə Rusiya Federasiyası arasında, xüsusilə sizin istinad etdiyiniz hadisə də daxil olmaqla, bir sıra insidentlər səbəbindən yaranmış gərginliklərdən tam xəbərdarıq. Hər iki ölkədə baş verən insidentləri yaxından izləyirik. Ümid edirik ki, bu məsələlərin hamısı diplomatik kanallar vasitəsilə həll olunacaq”.

O, hadisənin təfərrüatları və BMT-nin bu məsələ ilə bağlı Rusiyaya rəsmi müraciət edib-etmədiyi barədə əlavə məlumat verilməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ağsaqqal deputat: “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir”

redaktor

Rəsul Quliyev lüks villasını bu qiymətə satdı – FOTO

redaktor

“Nikosayağı”nın atası: “Media oğlumun işini çətinləşdirir”

admin