CəmiyyətDünyaSiyasət

Bizim belə cılız qonşumuz var

Putinin “tut yemiş bülbülü”, Solovyov dünən yenə əsib-coşdu, Azərbaycana qarşı hədələr səsləndirdi – dedi ki, elə edərik ki, siz pomidorunuzu Rusiyada sata bilməyəsiz, o zaman görək pomidoru harda satacaqsınız.

5100 nüvə başlığı, 17 mln. km2 ərazisi olan ölkənin təhdidinə baxın – pomidoru almarıq, belə cılız, belə düşük Şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında, böyük ölkə ola bilməyəcək.

 

O ki, qaldı Azərbaycanın aqrar sahədə Rusiya bazarından asılılığına, hökumətin iqtisadi qanadında təmsil olunan ingilisdilli “qaquliklərə” illərdir bu haqda xəbərdarlıq edirdik ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80%-ə yaxın asılılıq doğru deyil, yeni, daha premium bazarlara çıxış tapmaq lazımdır. Bu qalstuklu müəllimlər azərbaycanca da bilir, amma, azərbaycanlının dilini, onun istəklərini, gözləntilərini anlaya bilmir.

2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb. Yəni, zatən Rusiya bizə, bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni, ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma, biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya Respublikalarına ixracatımızı artırmalıyıq.

Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Borrellin Mərkəzi Asiya səfəri, 300 milyard avro, Rusiyaya qarşı TƏKLİF – İLGİNC DETALLAR

admin

Maskın qızı Trampın prezident seçilməsindən sonra ölkəni tərk etməyə hazırlaşır – Foto

redaktor

Rusiya imperiya olması üçün bu iki ölkəni tam işğal etməlidir…-Ukrayna baş hərbi kəşfiyyatçısı

admin