23 C
Bakı
01 İyul 2025 22:09
CəmiyyətDünyaHadisə

Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib

Rusiya məhkəməsi Perm Müasir İncəsənət Muzeyinin (PERMM) keçmiş direktoru, art-menecer və rəssam Nailə Allahverdiyevanı beynəlxalq axtarışa verib, həmçinin o, qiyabi həbs edilib.

Tacxeber.com TASS agentliyinə istinadən xəbər verir ki, həbs qərarını Rusiyanın Perm şəhərinin Dzerjinski Rayon Məhkəməsi çıxarıb.

Qeyd olunur ki, N.Allahverdiyevaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədilə törədilən ictimai hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

Bir sıra KİV-in məlumatına görə, məhkəmə araşdırmasının predmeti N.Allahverdiyevanın muzeyin kolleksiyasında olan bir neçə əsərin sərbəst şəkildə nümayişinə icazə verməsi olub.

Belə ki, Perm Prokurorluğu məhkəmə vasitəsilə N.Allahverdiyevanın işdən azad edilməsinə nail olub. Bundan əvvəl, 2024-cü ilin dekabrında o, öz xahişi ilə muzeyin direktoru vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, N.Allahverdiyeva 2013-cü ildə YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi PARTICIPATE layihəsində iştirak edib. Bundan əlavə, o, Yekaterinburq, Perm və Rusiyanın digər şəhərlərində kurator layihələri ilə tanınır. (Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Ukraynada dalana dirənib – Kəşfiyyat

admin

Orqanizmi qripdən qoruyan  zülal kəşf edildi

redaktor

Zelenski: Bu, Rusiyanın zəifləməsinin gösrəticisidir

redaktor