CəmiyyətGündəmHadisəSiyasət

“Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirilib.

Bu barədə hökumətyönlü mətbuat Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sputnik Azərbaycan” Rusiyanın dövlətə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur.

Azərbaycanda 2015-ci ilin mayından fəaliyyətə başlayıb.

Ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.

2025-ci ilin fevralında Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq “Sputnik”in Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu bildirib.

XİN-nin məlumatında qeyd olunub ki, qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Bildirilir ki, “Sputnik Azərbaycan”ın ofisində axtarış 2000-ci illərin əvvəllərində törədilmiş qətllərə görə Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin kütləvi şəkildə saxlanılmasından sonra yaranmış Rusiya-Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyalı onkoloq: “Xərçəng hallarının yarısının səbəbi qidalanmadır”

admin

Natiq Cəfərli: “İşğaldan azad edilən şəhərlərin birini Cənubi Qafqazın “Las-Veqas”ına, başqa birini “Disneyland”ə çevirmək lazımdır”

redaktor

Gürcü ekspert: “Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur”

redaktor