Parisdə bu gün 34 dərəcə isti olacaq və universitet yenə də instruktaj göndərib. İmkanın var evdə işlə, çoxlu su iç, filan-bəşməkan deyirlər. Amma bütün bunların içində bir cümlə xüsusi xoşuma gəldi ki, deyir, işə gələcəksənsə, maksimum yüngül geyin gəl, başqa sözlə, utanma, şortiklə gəl.
Belə baxırsan, xırda məsələdir, amma dərin fəlsəfi mənası var. Çünki bizdə deyirlər ki, maksimum ədəb-ərkana uyğun geyin. Təsəvvür edirəm ki, hələ də məmləkətdə bizim müəllimin şortiklə işə gəlməsi təbii qarşılanmaz. Vaxt var idi, mənim hətta köynəyimin rənginə belə irad tuturdular ki, bura təhsil müəssisəsidir. Yəni rüşvətdə, seçki saxtakarlığında problem yoxdur, amma köynəyinin rəngi gənclərin təlim-tərbiyəsinə pis təsir edir.